Azərbaycan daha 2 ölkəyə naviqasiya cihazları ixrac etməyə başlayıb

İKT
  • 28 aprel, 2023
  • 05:57
Azərbaycan daha 2 ölkəyə naviqasiya cihazları ixrac etməyə başlayıb

Bu ilin yanvar--fevral aylarında Azərbaycandan xarici ölkələrə 661 min ABŞ dolları dəyərində 26 ədəd naviqasiya cihazı və aləti (aeronaviqasiya və kosmiknaviqasiya üçün cihazlar da daxildir) göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 35 dəfə, kəmiyyət olaraq – 13 dəfə çoxdur.

Azərbaycan Böyük Britaniyaya 612,21 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 32 dəfə çoxdur) 17 ədəd (+8,5 dəfə), Fransaya 45,11 min ABŞ dolları dəyərində 1 ədəd (bir il əvvəl tədarük olmayıb), Rusiyaya 2,75 min ABŞ dolları dəyərində 5 ədəd (bir il əvvəl tədarük olmayıb), Litvaya 0,65 min ABŞ dolları dəyərindən 1 ədəd və Lüksemburqa 0,23 min ABŞ dolları dəyərində 2 ədəd məhsul satıb.

Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litva və Lüksemburqa tədarük həyata keçirilib.