ADSEA sayğac və abonent kartlarının alınması xərclərini açıqlayıb

İKT
  • 30 oktyabr, 2024
  • 06:52
ADSEA sayğac və abonent kartlarının alınması xərclərini açıqlayıb

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti su sayğaclarının (ön ödənişli və mexaniki) və abonent kartlarının satın alınmasına 5 milyon 845 min 410,55 manat vəsait xərcləyəcək.

"Report" bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Təchizatı “Gəncə Cihazqayırma Zavodu” ASC həyata keçirəcək. O, Xidmətin elan etdiyi tenderin qalibi olub.

Müqaviləyə əsasən, təchizatın gələn il oktyabrın 24-də yekunlaşdırılması planlaşdırılır.