Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi Yunanıstanı məğlub edib

İdman
  • 23 sentyabr, 2026
  • 19:39
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycanın kişilərdən ibarət millisi Yunanıstanı məğlub edib

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər.

"Report"un məlumatına görə, kişilərdən ibarət komanda VII turda Yunanıstanı 3,5:0,5 hesabı ilə məğlub edib.

Qadınlar isə Ermənistandan olan rəqiblərinə uduzub - 1,5:2,5.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.