​Ukrayna ANAMA-nın təcrübəsindən yararlanmaq niyyətindədir

Hərbi
  • 26 may, 2015
  • 10:37
​Ukrayna ANAMA-nın təcrübəsindən yararlanmaq niyyətindədir

Bakı. 26 may. REPORT.AZ/ Ukraynanın Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri əməkdaşlarının daxil olduğu nümayəndə heyəti partlayıcı maddələrin məhv edilməsi və ərazilərin minalardan təmizlənməsi sahəsində ANAMA təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycana gəlib.

ANAMA-dan "Report"a bildiriblər ki, ATƏT-in Ukraynadakı layihələri üzrə əməkdaşı Anton Şevçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Göygöl və Horadiz bazalarında ANAMA-nın imkanları və potensialı ilə tanış olacaqlar. Sonra Agentliyin baş qərargahında Ukrayna nümayəndə heyəti ilə görüş keçiriləcək.

Səfər mayın 29-da başa çatacaq.