"Bloomberg": BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir

Digər ölkələr
  • 04 sentyabr, 2026
  • 02:58
Bloomberg: BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir

Beynəlxalq Valyuta Fondu (BVF) Venesuelanın paytaxtı Karakasda öz nümayəndəliyini açmaq imkanını nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, fond BVF-yə iqtisadi statistikanı daha fəal təqdim etməyə başlayan Venesuelaya texniki yardımı genişləndirməyi planlaşdırır. Bu dəstək ölkənin maliyyə institutlarının, Mərkəzi Bankının və statistika qurumlarının gücləndirilməsinə yönəlib.

Nümayəndəliyin açılması məsələsi artıq Venesuela rəsmiləri ilə müzakirə olunub, lakin hələlik yekun qərar qəbul edilməyib.

BVF nümayəndəsi "Bloomberg"ə bildirib ki, fond Venesuela hakimiyyəti ilə sıx əməkdaşlıq edir. Hazırda Karakasda BVF-nin texniki qrupu fəaliyyət göstərir.