Müdafiə naziri qanunsuz erməni silahlı dəstələrinin fəaliyyətini daimi nəzarətdə saxlamağı tapşırıb

Hərbi
  • 05 noyabr, 2022
  • 08:18
Müdafiə naziri qanunsuz erməni silahlı dəstələrinin fəaliyyətini daimi nəzarətdə saxlamağı tapşırıb
Zakir Həsənov

Müdafiə Nazirliyində keçirilən müşqvirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.

Bu barədə "Report"a nazirlikdən bildirilib.

Müşavirədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.

Qeyd edək ki, noyabrın 5-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.