Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş keçirilib - YENİLƏNİB
- 26 iyun, 2026
- 11:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan şəhərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş təşkil edilib
"Report"un yerli bürosu xəbər verir ki, hərbi yürüş şəhərin Dilqəm Pişəvəri küçəsindən Heydər Əliyev prospektində yerləşən Zəfər Parkınadək davam edib.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndiriblər.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərində hərbi orkestrin müşayiəti ilə yürüş keçirilir.
"Report"un yerli bürosu xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları tərəfindən keçirilən yürüş şəhərin Dilqəm Pişəvəri küçəsindən Heydər Əliyev prospektində yerləşən Zəfər Parkınadək davam edib.