İsrail Qəzzada beynəlxalq qüvvələrin statusu haqqında saziş imzalayıb
- 30 noyabr, 2026
- 01:43
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin statusu haqqında saziş imzalayıb.
"Report"un məlumatına görə, Sülh Şurasının Qəzza zolağı üzrə ali nümayəndəsi Nikolay Mladenov bu barədə "X" sosial şəbəkəsində bildirib.
"İsrail Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin statusu haqqında saziş imzalayıb. Bu, ilkin yerləşdirmə üçün yol açır və bizi demilitarizasiya, keçid dövrü və yenidənqurma üzrə praktik işə yaxınlaşdırır", - Mladenov özünün "X"də yazıb.
Əvvəllər İsrail qoşunları müqaviləyə uyğun olaraq "sarı xətt"ə çəkilərək, anklav ərazisinin 50 %-dən çoxuna nəzarəti saxlayırdı. Sazişin ikinci mərhələsi İsrail qoşunlarının anklavdan çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və Sülh şurası da daxil olmaqla, Qəzza zolağını idarə edən strukturlar tərəfindən işə başlamağı nəzərdə tutur.