​Müdafiə Nazirliyi Şirvandakı partlayışda hərbi qulluqçular arasında xəsarət alanın olmadığını bildirib

Hərbi
  • 26 iyul, 2016
  • 15:23
​Müdafiə Nazirliyi Şirvandakı partlayışda hərbi qulluqçular arasında xəsarət alanın olmadığını bildirib

Bakı. 26 iyul. REPORT.AZ/ İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərindəki “Araz” zavodunda baş verən partlayış nəticəsində Müdafiə Nazirliyinin hərbi qulluqçuları arasında xəsarət alan olmayıb.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.