Bakıda Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçiriləcək

Hərbi
  • 29 mart, 2015
  • 05:21
Bakıda Azərbaycan-Pakistan işçi qrupunun görüşü keçiriləcək

Bakı. 29 mart. REPORT.AZ/ Martın 30-dan aprelin 3-dək Ankara şəhərində (Türkiyə) müdafiənin planlaşdırılması kursu, martın 30-dan aprelin 2-dək Bakı şəhərində Azərbaycan-Pakistan işçi qrupunun 6-cı işçi görüşü, martın 31-dən aprelin 3-dək isə Bakı şəhərində strateji konsepsiyanın işlənib hazırlanması və planlaşdırılması seminarı keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.