FES rəhbəri inflyasiyanı 2% səviyyəsinə qaytarmaq istəyir
- 30 iyul, 2026
- 03:54
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin mərkəzi bankı funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) inflyasiyanın 2%-lik hədəf səviyyəsinə qədər azaldılmasına nail olmaq niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə FES-in sədri Kevin Uorş mətbuat konfransında bildirib.
"İnflyasiya 2%-lik hədəf göstəricisi ilə müqayisədə yüksək olaraq qalır", - etiraf edən Uorş Açıq Bazar Əməliyyatları üzrə Federal Komitənin "qətiyyətli olduğunu" qeyd edib.
"Siz bu barədə əvvəllər də eşitmisiniz, lakin biz qiymət sabitliyini təmin edəcəyik", - FES rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, son beş il ərzində belə bir yanlış təəssürat yarana bilərdi ki, inflyasiyanın hədəf səviyyəsi 2%-dən yuxarıdır.
"Vurğulamaq istərdim ki, yumşaldılmış hədəf göstəriciləri yoxdur, gizli hədəf göstəriciləri yoxdur. Hədəf birdir - 2%", - Uorş bildirib.