Tramp: Neft şirkətləri Britaniyada hasilatın artırılmasını istəyir
- 30 iyul, 2026
- 05:51
ABŞ Prezidenti Donald Tramp bildirib ki, iri neft şirkətlərinin nümayəndələri ondan Şimal dənizindəki yataqlarda karbohidrogen hasilatının artırılmasına kömək etməsini xahiş ediblər.
"Report" xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Trampın sözlərinə görə, neft sənayesinin nümayəndələri ondan Böyük Britaniya hakimiyyətindən Şimal dənizində neft və qaz hasilatının genişləndirilməsinə icazə almasına nail olmağı xahiş ediblər.
"Neft hasilatı sahəsində tanıdığım bütün insanlar deyirdilər: "Zəhmət olmasa, Şimal dənizinə çıxışı açın. Siz elə edə bilməzsinizmi ki, onu açsınlar"", - ABŞ Prezidenti bildirib.
O, həmçinin qeyd edib ki, Böyük Britaniyanın sabiq Baş naziri Kir Starmeri müvafiq tədbirlər görməyə inandıra bilməyib.
Böyük Britaniyanın indiki Baş naziri Endi Börnhem haqqında danışan Tramp vurğulayıb ki, o, Şimal dənizində neft hasilatına çıxışı açacağına söz verib. Amerika liderinin fikrincə, bu, Birləşmiş Krallığı əhəmiyyətli dərəcədə daha zəngin edəcək.
Bundan əlavə, Tramp Böyük Britaniyanın miqrasiya siyasətini tənqid edib. Onun sözlərinə görə, Birləşmiş Krallığa Afrika, Cənubi Amerika və Asiyanın müxtəlif regionlarından miqrantlar toplaşır.
"Bu, bir istiladır və Birləşmiş Krallıq əsas şübhəlidir", - ABŞ Prezidenti əlavə edib.