Bakı sakini: Ailəmlə birlikdə hərbi yürüşü sona qədər izlədik
- 26 iyun, 2026
- 11:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Ailəmlə birlikdə Bakıda keçirilən hərbi yürüşü sona qədər izlədik.
Bu sözləri "Report"a açıqlamasında Bakı şəhər sakini Mirfazil Seyidov Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə keçirilən yürüşlər zamanı söyləyib.
Mirfazil Seyidov Azərbaycan xalqını 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib:
"Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Biz müstəqilliyimiz, azadlığımız onlara borcluyuq. Bu gün ailəmizlə qürur hissi keçirərək yürüşə qatıldıq. Övladımız da yanımızda idi. O da sevinərək bu hissləri yaşadı. Çalışırıq ki, övladımıza uşaq yaşlarından vətənpərvərliyi aşılayaq. Ona görə də gətirdik ki, bu yürüşü görsün. Bu cür tədbirlər uşaqlarımızın vətənpərvər ruhda tərbiyə almasına kömək edir".