Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var
Hadisə
- 19 oktyabr, 2015
- 06:07
Bakı. 19 oktyabr. REPORT.AZ/ Zaqatalada üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" və "Vaz-21011" markalı avtomobillərin toqquşması ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində hər iki sürücü və bir nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol polisinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.
Son xəbərlər
11:00
Gürcüstanda turistlərin düşdüyü qəzada 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb - YENİLƏNİB
Digər ölkələr10:57
Metro rəsmisi: "Xətlərin ayrılması üçün birləşdirici tunel mürəkkəb geoloji şəraitdə inşa ediləcək"
İnfrastruktur10:50
"Birbank Star" kartı ilə ictimai nəqliyyatda hər ay 5 gediş ödənişsizdir
Maliyyə10:46
Azərbaycanda kirayə mənzil fonduna daha 208 mənzil əlavə olunub
İnfrastruktur10:44
Dövlət Məşğulluq Agentliyi auditor seçir
Maliyyə10:43
Rusiya Xerson və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var
Digər ölkələr10:36
"Hall Siti" Nobel Mendi və Lukas Herrinqtonu heyətinə qatıb
Futbol10:31
Ötən ay Azərbaycanda qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarılıb
Daxili siyasət10:30
Foto