Zaqatalada Rusiya dövlət qeydiyyat nişanlı maşın adam vurub

Hadisə
  • 21 oktyabr, 2018
  • 08:01
Zaqatalada Rusiya dövlət qeydiyyat nişanlı maşın adam vurub

Zaqatala. 21 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, rayonun Muxax kəndi ərazisində yerli sakin Samir Yəhyəyev idarə etdiyi “VAZ-21014” markalı, Rusiya dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Muxax kənd sakini Güləbatın Tapdıq qızı Gəncəliyevanı vurub.

Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan G.Gəncəliyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan “Report”a bildirilib ki, G.Gəncəliyevaya qapalı kəllə-beyin travması və bədənin çoxsayı sıyrığı xəsarətləri dioqnozu qoyulub, müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma gedir. 

Bundan əvvəl Bakı və Sumqayıt şəhərlərində marşrut avtobusu piyadaları vuraraq öldürüb.