Yuxarı Qarabağ kanalında aşkarlanan kişi meyiti aidiyyəti üzrə təhvil verilib - YENİLƏNİB
- 18 avqust, 2023
- 10:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Avqustun 18-də Yuxarı Qarabağ kanalının Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisindən keçən hissəsində suyun üzündə aşkarlanan naməlum kişi meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə “Report”a FHN-in Mətbuat Xidmətindən bildirilib.
13.26
Yuxarı Qarabağ kanalında kişi meyiti aşkarlanıb.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Beyləqan rayonu, Eyvazalılar kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri çağırış üzrə cəlb olunublar.