Yevlaxda baş vermiş ağır avtoqəzada ölən və yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB
- 14 aprel, 2018
- 06:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Yevlax. 14 aprel. REPORT.AZ/ Yevlax şəhərində "Ford Transit" markalı avtomobilin "Kamaz"a çırpılması nəticəsində ölən və yaralananların adları məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında baş vermiş hadisə zamanı ağır xəsarət alan Abşeron rayon sakini, 1993-cü il təvəllüdlü Emin İlham oğlu Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb.
Daha iki nəfər - Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Əlverdiyev Orxan Elfan oğlu və onun həmyaşıdı, Yasamal rayon sakini, Yüsibov İlkin Tofiq oğlu müxtəlif bədən xəsarətlərilə xəstəxanaya yerləşdiriliblər.
Qeyd edək ki, ölən və yaralananlar "Ford Transit" markalı avtomobildə olanlardır.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
*** 03:41
Yevlax. 14 aprel. REPORT.AZ/ Yevlax rayonunda ağır yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolunun Yevlax şəhər ərazisindən keçən hissəsində "Ford Transit" markalı "01-BM-681" dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq "Kamaz" markalı "09-BC-050" dövlət qeydiyyat nişanlı yük maşınına çırpılıb.
Nəticədə bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb, daha iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onların şəxsiyyəti dəqiqləşdirilir. Hadisə zamanı zərərçəkənlərin hamısı "Ford Transit"də olublar.
Faktla bağlı araşdırma aparılır.