Əli Əhmədov növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib

Hadisə
  • 07 may, 2019
  • 09:02
Əli Əhmədov növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib
Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov
Report/ Firi Salim

Hakim Yeni Azərbaycan Partiyası (YAP) ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə iddialara münasibət bildirib. 

"Report"un xəbərinə görə, Baş Nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, növbəti parlament seçkiləri gələn il baş tutacaq. 

O bildirib ki, parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq. 

Ə.Əhmədov xatırladıb ki, bu il isə Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.