Xaçmazda tüfənglə həmyerlisinə xəsarət yetirən şəxs saxlanılıb
Hadisə
- 29 avqust, 2023
- 07:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaçmazda tüfənglə həmyerlisinə xəsarət yetirən şəxs saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, avqustun 29- da səhər saat 8 radələrində Xaçmaz sakini Seyidağa Əhmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
İlkin araşdırma zamanı adıçəkilən şəxsə rayon sakini Raqif Manafov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. R.Manafov polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi ov tüfəngi götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Son xəbərlər
16:19
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib
Futbol
16:14
BMT və AQEM qlobal çağırışların həlli üçün əməkdaşlığı gücləndirir
Xarici siyasət
16:13
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Xarici siyasət
16:11
Foto
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb
Xarici siyasət
16:09
Qusarda çaqqal sakinlərə hücum edib, 3 nəfər xəsarət alıb
Hadisə
16:04
AQEM sammitinin yekunlarına dair Bakı Bəyannaməsi qəbul edilib
Digər
16:04
Səfir: Pakistan AQEM-in gücləndirilməsinə sadiqdir
Xarici siyasət
16:03
Rəsmi Tehran AQEM sammitinin təşkili və regional əməkdaşlıqdakı səylərinə görə Azərbaycana təşəkkür edib
Region
16:01
Səfir Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq
Xarici siyasət