Xaçmazda kişi meyiti tapılıb

Hadisə
  • 20 iyun, 2015
  • 20:36
Xaçmazda kişi meyiti tapılıb

Bakı. 21 İyun. REPORT.AZ/ Xaçmaz şəhərində 1985-ci il təvəllüdlü Lətifov Anar Zahid oğlunun cəsədi yüksək gərginlikli elektrik transformatorunun içərisində aşkar edilib. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, FHN-nin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər transformatordan Lətifovun cəsədini çıxarıb aidiyyəti üzrə təhvil verib.