Gürcüstanlı jurnalist və bloqerlər Ağdama səfər ediblər

Qarabağ
  • 03 sentyabr, 2026
  • 16:28
Gürcüstanlı jurnalist və bloqerlər Ağdama səfər ediblər

Bu gün Gürcüstandan gələn bir qrup jurnalist və bloqer işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.

"Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar səfər çərçivəsində ilk olaraq şəhərdəki Cümə məscidini ziyarət ediblər.

Burada qonaqlara məscidin işğal dövründə olan vəziyyətinin şəkilləri və məlumatlar təqdim olunub, rayonun işğaldan azad olunmasından sonrakı vəziyyəti göstərilib.

Daha sonra qonaqlar şəhərin ikinci yaşayış kompleksinə baş çəkiblər. Burada jurnalistlərə artıq öz yeni evlərində məskunlaşmış sakinlərin yaşayışı haqda məlumat verilib, bu günə qədər doğma yurdlarına qayıdan ailələrin sayı və məşğulluğu haqda danışılıb.

​Səfərin davamında gürcüstanlı jurnalistlər Ağdam dəmiryolu və avtovağzal kompleksinin binası ilə tanış olublar. Kompleksin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib.