Xaçmazda bədbəxt hadisə nəticəsində fəhlənin qolu amputasiya edilib
Hadisə
- 17 avqust, 2023
- 07:06
Xaçmazda çörək zavodunda işləyən fəhlənin qolu bədbəxt hadisə nəticəsində amputasiya olunub.
"Report"-un Şimal bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən çörək zavodunda baş verib.
Belə ki, zavodda fəhlə işləyən Quba rayonu Zərdabi qəsəbə sakini, 2002-ci il təvəllüdlü Tele-Zadə Muxtar Hidayət oğlunun ehtiyatsızlıqdan qolu xəmir qarışdıran dəzgahda qalıb və ağır xəsarət alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılaraq dərhal əməliyyat olunub, qolu amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
08:17
Bakıda üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:05
Paytaxtın Yasamal və Nizami rayonları, həmçinin Mingəçevirin bəzi ərazilərində işıq olmayacaq
Energetika07:59
ABŞ və İran bir-birinin 80-dən çox hərbi obyektinə qarşılıqlı zərbələr endirib
Region07:42
Çinin şimal-qərbində baş verən torpaq sürüşməsində 21 nəfər həlak olub
Digər ölkələr07:24
Ağdərədə mikroavtobus dərəyə aşıb, xəsarət alanlar var
Hadisə07:14
Alvaro Arbeloa "Fulhem" klubunun baş məşqçisi təyin olunub
Futbol07:05
Foto
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:53
Foto
Xocavənd sakini: Şəhid və qazilərimizin, Ali Baş Komandanımızın sayəsində torpaqlarımıza qayıdırıq
Daxili siyasət06:28
Foto