Xocavəndin iki kəndinə ilk köç karvanı çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2

Daxili siyasət
  • 08 iyul, 2026
  • 14:25
Xocavəndin iki kəndinə ilk köç karvanı çatıb, mənzillərin açarları təqdim olunub - YENİLƏNİB-2

Növbəti köç karvanı Xocavəndin iki kəndinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.

"Report" xəbər verir ki, açarların təqdimetmə mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.

Xocavəndin Quzeyxırman və Güneyxırman kəndinə yola salınan ilk köç karvanı kəndlərə çatıb.

"Report" xəbər verir ki, kəndlərə çatan sakinlərin qarşılanma mərasimi keçirilib.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 21 ailə (87 nəfər), Güneyxırman kəndinə 18 ailə (72 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 15 ailə (51 nəfər) köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

44 - Tezliklə