Keçmiş məcburi köçkün: 25 yaşında çıxdığım doğma Şuşaya nəvələrimlə qayıdıram
- 08 iyul, 2026
- 06:28
Yeniliklərdən dərhal xəbərdar olun!
25 yaşında çıxdığım doğma Şuşaya nəvələrimlə qayıdıram.
"Report" xəbər verir ki, bunu Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə köç edən keçmiş məcburi köçkün İsmayıl Abdullayev jurnalistlərə açıqlamasında deyib.
"Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Ali Baş Komandanımızı qorusun.
35 il idi ki, bu günü gözləyirdik. Hissimi sözlərlə ifadə edə bilmirəm. 25 yaşında çıxdığım doğma Şuşaya nəvələrimlə qayıdıram", - İ. Abdullayev bildirib.
Kiçik Qaladərəsinə köç edən digər keçmiş məcburi köçkün Zümrüd Abbasova isə deyib:
"Allah bizə bu günləri görməyi nəsib edən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Ali Baş Komandanımızı qorusun.
Evimə-eşiyimə yığışmaq üçün qurban demişəm, doğma yurdda qızıma toy etməyi diləmişəm".