Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Hadisə
- 23 iyun, 2023
- 19:50
Xaçmaz rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
"Report"un şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama yolunun 31-ci km-də, rayonun Müzəffəroba kəndi ərazisindən keçən hissəsində Alpan çay körpüsündə qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Nərəcan kənd sakini, 1952-ci il təvəllüdlü Cavadov Cavad Nəsrulla oğlunu vurub. Piyada hadisə yerində ölüb.
Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:17
ABŞ İran Prezidenti və XİN rəhbərinin BMT Baş Assambleyasında iştirakı üçün vizaları təsdiqləyib
Digər ölkələr02:58
ABŞ Səudiyyə Ərəbistanına 24,3 mlrd dollarlıq F-35-lərin satışını təsdiqləyib
Digər ölkələr02:45
ABŞ Kuba ilə əlaqəli 11 şəxs və şirkətə sanksiyalar tətbiq edib
Digər ölkələr02:21
Merts və Tramp Rusiya-Ukrayna münaqişəsini və Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər
Digər ölkələr01:53
Lənkəranda gənc dava zamanı ağır xəsarət alaraq komaya düşüb
Hadisə01:48
"Axios": Vaşinqton müharibədən sonrakı dövrdə İranın çəkindirmə strategiyası hazırlayır
Digər ölkələr01:17
ABŞ-də F-16 təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr01:00
UEFA Avropa Liqası: "Beşiktaş" "Marsel"i, "Yuventus" "Neymegen"i darmadağın edib
Futbol00:34