Lənkəranda gəncə ağır xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
- 18 sentyabr, 2026
- 08:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Lənkəranda ötən axşam döyülərək komaya düşən 2010-cu il təvəllüdlü E.İbadova ağır xəsarət yetirməkdə şəxsin kimliyi məlum olub.
"Report"un Cənub bürosunun məlumatına görə, Kərgəlan kəndində E.İbadova ağır xəsarət yetirməkdə şübhəli bilinən İ.B polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Lənkəranda gənclər arasında dava bir nəfərin komaya düşməsinə səbəb olub.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Kərgəlan kəndində baş verib.
Kənd sakini 2010-cu il təvəllüdlü E.İbadov tanışları ilə mübahisə zəminində döyülüb.
Zərərçəkən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona kəllədaxili travma diaqnozu qoyulub. E.İbadov reanimasiya şöbəsinə yerləşdirilib, süni tənəffüs aparatına qoşulub.
Faktla bağlı araşdırma aparılır.