Merts və Tramp Rusiya-Ukrayna münaqişəsini və Yaxın Şərqdə vəziyyəti müzakirə ediblər
- 18 sentyabr, 2026
- 02:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb, tərəflər Rusiya-Ukrayna münaqişəsinin həlli yollarını və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
"Report"un məlumatına görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius jurnalistlərə bildirib.
"Həmsöhbətlər ötən həftə 25-ci ildönümü olan 11 sentyabr 2001-ci il terror hücumlarını xatırlayıblar. Kansler almanlar və amerikalılar arasında xüsusi əlaqəni vurğulayıb", - Kornelius deyib.
O, həmçinin Merts və Trampın Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün sonrakı addımlar barədə fikir mübadiləsi apardıqlarını qeyd edib.
"Kansler Merts Konqresin Rusiyaya qarşı sanksiyalarla bağlı Lindsi Qrem qanunun qəbul etməsini yüksək qiymətləndirib", - Kornelius bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazı və Qırmızı dənizdəki vəziyyət də müzakirə mövzusu olub.
"Hər iki su yolunun təcili açılması barədə razılıq əldə edilib", - Almaniya Nazirlər Kabinetinin nümayəndəsi sonda deyib.