Ukraynada ağır yol qəzası ilə bağlı Azərbaycan vətəndaşı şübhəli bilinir

Hadisə
  • 04 yanvar, 2019
  • 12:15
Ukraynada ağır yol qəzası ilə bağlı Azərbaycan vətəndaşı şübhəli bilinir

Bakı. 4 yanvar. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə piyadanın ölümü ilə nəticələnən yol qəzasında sürücü, 34 yaşlı Azərbaycan vətəndaşı şübhəli bilinir.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, qəzada 59 yaşlı qadın, onun 31 yaşlı qızı və 1 yaşlı nəvəsi zərər çəkib. Qadınlardan biri aldığı xəsarətlərdən şəhər təcili yardım xəstəxanasında dünyasını dəyişib.

Bu məsələdə günahi təsdiqini taparsa, sürücü 3 ildən 8 ilədək həbs cəzasına məhkum edilə bilər.

44 - Tezliklə