Ucarda 72 yaşlı kişi "KamAz"ın altında qalaraq ölüb

Hadisə
  • 01 dekabr, 2021
  • 12:59
Ucarda 72 yaşlı kişi KamAzın altında qalaraq ölüb

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının rayonun Ənvər Məmmədxanlı kəndindən keçən hissəsində qeydə alınıb.

Qoşqulu "KamAz" markalı yük maşını yolu keçən piyada, Kürdəmir rayon sakini, 1949-cı il təvəllüdlü Bəhrəm Şərif oğlu Dəmirovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yaxınlarının deməsinə görə, B.Dəmirov Kürdəmirdən Ucara yas mərasiminə gedib. Hadisə də 72 yaşlı qoca evə qayıdarkən baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Ucarda 72 yaşlı kişi "KamAz"ın altında qalaraq ölüb