Dünya çempionatı: Süleyman Şükürov ikinci görüşündə məğlub olub - YENİLƏNİB

Fərdi
  • 08 oktyabr, 2026
  • 11:59
Dünya çempionatı: Süleyman Şükürov ikinci görüşündə məğlub olub  - YENİLƏNİB

Azərbaycan cüdoçusu Süleyman Şükürov (90 kq) Bakıda keçirilən dünya çempionatındakı ikinci görüşündə məğlub olub.

"Report"un məlumatına görə, o, 1/16 finalda yaponiyalı Qoki Tayimaya uduzub.

Beləliklə, milli üzvü yarışda mübarizəni dayandırıb.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

Azərbaycan cüdoçusu Süleyman Şükürov (90 kq) Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, o, 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib.

S.Şükürov növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə qarşılaşacaq.