Tovuzda yol qəzası olub, bir ailənin 4 üzvü ağır yaralanıb - YENİLƏNİB

Hadisə
  • 18 avqust, 2017
  • 11:35
Tovuzda yol qəzası olub, bir ailənin  4 üzvü ağır yaralanıb - YENİLƏNİB
Report

Tovuz. 18 avqust. REPORT.AZ/ Tovuz rayonun da baş verən yol qəzasında xəsarət alan yaralılardan ikisinin adı məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində avtomobildə olan rayon sakinləri - 1995-ci il təvəllüdlü Aslanzadə Kəramət Məhərrəm oğlu və 1994-cu il təvəllüdlü Əliyev Cavid Vaqif oğlu ağır bədən xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


***15:30

Tovuz. 18 avqust. REPORT.AZ/ Tovuz rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Əsrik kəndində baş verib.

İlkin məlumata görə, idarə etmədən çıxan avtomobilin aşması nəticəsində bir ailənin 4 üzvü ağır yaralanıb. Onalardan ikisi Tovuz rayon Mərkəzi Xəstəxanasına catdırılıb. Yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə