Tovuzda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var
Hadisə
- 14 yanvar, 2017
- 08:58
Tovuz. 14 yanvar. REPORT.AZ/ Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
"Report"un Qərb bürosunun verdiyi məlumata görə, "Ford" markalı sərnişin mikroavtobusu "QAZ-21" markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində bir ailənin 3 üzvü - Mehman Məmmədov, Nazxanım və Təranə Məmmədovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Xəstəxanadan "Report"a verilən məlumata görə, xəsarət alanlardan N.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
05:35
İran ABŞ təyyarədaşıyan gəmisi üzərində yeni raketi sınaqdan keçirib
Region05:08
İngiltərədə etirazçılarla polis arasında miqrantlarla bağlı toqquşmalar baş verib
Digər ölkələr04:46
KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib
Digər ölkələr04:18
İran XİN ABŞ-ni Hörmüz boğazında gəmiçiliyi pozmaqda ittiham edib
Region03:52
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
Digər ölkələr03:20
"Reuters": AfD Saksoniya-Anhalt əyalət parlament seçkilərində liderlik edir
Digər ölkələr02:39
ABŞ-də təyyarə uçuş zolağından çıxıb, ölənlər və xəsarət alanlar var
Digər ölkələr02:13
Kabardin-Balkarda qar uçqunu nəticəsində iki alpinist ölüb, 10 nəfər itkin düşüb
Region01:41