Tovuzda ağır yol qəzası olub, ölən və yaralananlar var - YENİLƏNİB-3
- 24 iyul, 2017
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Tovuz. 24 iyul REPORT.AZ/ Tovuz rayonunda baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə şəhər sakini Sevda Tapdıq qızı Həsənovanın bir il bundan əvvəl dünyasını dəyişən həyat yoldaşının "il mərasimi"nə gedərkən baş verib.
Belə ki, Aytəkin Cəfərov öz qardaşının il mərasiminə getmək üçün onun həyat yoldaşını və övladlarını Tovuz rayonuna aparırmış.
***16:28
Tovuz. 24 iyul REPORT.AZ/ Tovuz rayopnunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini Aytəkin İsrail oğlu Cəfərov idarə etdiyi "Ford" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək qəza törədib.
Nəticədə avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı 1967-ci il təvəllüdlü Sevda Tapdıq qızı Həsənova hadisə yerində ölüb. Avtomobilin sürücüsü A.Cəfərov və digər sərnişinlər - 1995-cü il təvəllüdlü Gülnar Elsevər qızı Cəfərova, 1997-ci il təvəllüdlü Maniya Elsevər qızı Cəfərova və 2012-ci il təvəllüdlü Rəsul Elsevər oğlu Cəfərov ağır bədən xəsarətləri alıblar.
Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
***16:17
Tovuz. 24 iyul. REPORT.AZ/ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Eyyublu kəndi ərazisində baş verib.
İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırmalara başlanılıb.