Tovuzda ağır yol qəzası: 1 ölü, 2 yaralı var - FOTO
Hadisə
- 01 iyul, 2016
- 16:19
Tovuz. 1 iyul. REPORT.AZ Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
"Report"un Qərb bürosu xəbər verir ki, Bakı-Qazax magistralının Tovuz rayonunun Qovlar kəndindən keçən hissəsində "Hyundai" və "Nissan" markalı avtomobillər toqquşub.
Nəticədə zərbənin gücündən hər iki avtomobil yoldan çıxaraq kənara düşüb. Hadisə zamanı avtomobillərdə olan 3 nəfər - 29 yaşlı Elşən Həsənov, 16 yaşlı Dulqay Əhmədov və 47 yaşlı Almaz Həsənova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Ancaq həkimlərin səylərinə baxmayaraq, baş nahiyəsindən ağır xəsarət almış qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
18:40
Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib
Xarici siyasət18:36
Foto
Ərdoğan Bişkekdə Putinlə görüşüb
Region18:30
Atletika üzrə Azərbaycan millisinin üzvləri Göygöldə təlim-məşq toplanışına başlayıblar
Fərdi18:29
Qalibaf: Hörmüz boğazı İranın nəzarətindədir
Region18:01
Foto
Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib
Energetika17:51
Yunanıstan işgüzar dairələrini AFEZ-in imkanları barədə məlumatlandırmaq istəyir
İnfrastruktur17:50
"Bayer 04" fransalı hücumçu Mussa Diabini heyətinə qatıb
Futbol17:47
Sabah Mərdəkan qəsəbəsində qaz olmayacaq
Energetika17:40