"Bayer 04" fransalı hücumçu Mussa Diabini heyətinə qatıb

Futbol
  • 01 sentyabr, 2026
  • 17:50
Bayer 04 fransalı hücumçu Mussa Diabini heyətinə qatıb

Almaniyanın "Bayer 04" klubu fransalı hücumçu Mussa Diabini heyətinə qatıb.

"Report" Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubundan transfer olunan 27 yaşlı forvardla 2031-ci ilin yayına qədər müqavilə imzalanıb.

Mussa Diabi 2019–2023-cü illərdə də "Bayer 04"də çıxış edib. Daha sonra İngiltərənin "Aston Villa" və Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandalarında oynayan futbolçu 2025-ci ildə Ciddə təmsilçisi ilə çempionluq sevinci yaşayıb.

Fransa yığmasının heyətində 11 matça çıxan M.Diabi "Bayer 04"ün şərəfini qoruduğu dövrdə 173 qarşılaşmada 49 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.