"Samsung" bir ayda Azərbaycanın planşet bazarındakı payının 6 %-dən çoxunu itirib
- 01 sentyabr, 2026
- 17:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin avqust ayında Azərbaycanın planşet bazarında "Samsung"un payı 73,32 % təşkil edib.
"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 4,88 faiz bəndi az, 2025-ci ilin avqust ayınn göstərici ilə müqayisədə isə 31,99 faiz bəndi çoxdur. Beləliklə onun bazar payı ardıcıl son bir ayda 6,2 % azalıb.
İkinci pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq 2 faiz bəndi artaraq, illik isə 17,97 faiz bəndi azalaraq 13,75 % təşkil edib.
Növbəti pillədə qərarlaşan "Xiaomi"nin bazar payı aylıq 2,04 faiz bəndi artaraq, illik isə 7,1 faiz bəndi azalaraq 5,36 % təşkil edib.
Dördüncü pillədəki adları açıqlanmayan brendlərin bazar payı aylıq 0,08 faiz bəndi artaraq, illik isə 2,6 faiz bəndi azalaraq 2,93 % olub.
İlk beşliyi 1,59 %-lik bazar payı ilə "Huawei" qapayır. Onun bazar payı aylıq 0,35 faiz bəndi artıb, illik müqayisədə isə 0,39 faiz bəndi azalıb.