Tərtərdə partlayış zamanı xəsarət alan şəxsin barmaqları amputasiya olunub
Hadisə
- 27 may, 2023
- 14:22
Tərtərdə partlayışda xəsarət alan şəxsin barmaqları amputasiya olunub.
Bu barədə "Report"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.
Belə ki, rayonun Suqovuşan kəndi istiqamətində təhlükəli əraziyə daxil olan tikinti şirkətinin əməkdaşının naməlum partladıcıya toxunması zamanı hadisə baş verib.
Partlayış hadisəsi nəticəsində 1986-cı il təvəllüdlü Əsgərov Məsim Həsən oğlu xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib, sol əlin 4 barmağının travmatik amputasiyası edilib. Onun həyatı üçün təhlükə yoxdur.
ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.
Son xəbərlər
12:55
Rəqəmsal texnologiyalar Azərbaycan təhsil sistemini necə dəyişdirir? - ARAŞDIRMA
Analitika12:49
"Kəpəz" azarkeşlərinin pirotexniki vasitədən istifadə etməsinə görə 5 000 manat cərimələnib
Futbol12:48
Gürcüstanın yeni mədəniyyət naziri təyin edilib
Region12:44
Fərid Şəfiyev: Azərbaycan-Türkiyə birliyinə qarşı mütəşəkkil dezinformasiya kampaniyaları aparılır
Xarici siyasət12:39
Foto
Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb, təkbətək görüş olub
Xarici siyasət12:37
Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb
Maliyyə12:37
Kamil Xasiyev etimadnaməsini BMT-nin Vyana ofisinin baş direktoruna təqdim edib
Xarici siyasət12:33
Məcnun Məmmədov: "Müasir aqrar sektor texnologiya, süni intellekt və innovasiya deməkdir"
ASK12:29