Sumqayıtda qatar "KamAz"la toqquşub - YENİLƏNİB

İnfrastruktur
  • 02 mart, 2026
  • 13:01
Sumqayıtda qatar KamAzla toqquşub - YENİLƏNİB

Bu gün Bakı-Quba avtomobil yolunda avtokran dəmiryol keçidi ilə bağlı qaydaları pozaraq hərəkətdə olan teplovozun qarşısına çıxıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Hadisə ilə bağlı araşdırma aparılır.

"ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına əməl etməyə çağırır", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Sənan Ağamalızadə

Sumqayıt şəhərində qatar "KamAz"la toqquşub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində baş verib.

Hərəkətdə olan qatarla "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində aşan maşına ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti