Kiprdə hərbi baza üzərində İrana məxsus iki PUA zərərsizləşdirilib - YENİLƏNİB
- 02 mart, 2026
- 15:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Böyük Britaniya və Kipr Hərbi Hava Qüvvələri Kiprdəki Britaniyanın Akrotiri aviabazasına doğru hərəkət edən İrana məxsus iki pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
"Report" xəbər verir ki, bu barədə Kipr hökumətinin nümayəndəsinin bəyanatına istinadən BBC məlumat yayıb.
Kiprdəki Akrotiri Böyük Britaniya hərbi hava bazasında hava hücumu xəbərdarlığı siqnalı işə düşüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Kiprin "TV CyBC" telekanalına istinadən məlumat yayıb.
Qeyd olunub ki, Böyük Britaniya həyəcan siqnalından sonra hərbi təyyarələri havaya qaldırıb.
Daha əvvəl Kiprdəki Akrotiri Britaniya aviabazasına İran dronu ilə zərbə endirildiyi bildirilmişdi. Təsdiqlənməmiş məlumatlara görə, zərbə "Shahed-136" kamikadze dronu ilə endirilmiş ola bilər. Britaniya bazalarında "təhlükəsizlik təhdidi" rejimi elan edilmişdi.
Kipr isə öz növbəsində Avropa işləri üzrə nazirlərin martın 2-3-ü Nikosiyada keçirilməsi planlaşdırılan qeyri-rəsmi iclasını təxirə salıb.