Sumqayıtda meyiti tapılan gəncin intihar etdiyi məlum olub - YENİLƏNİB
- 24 avqust, 2018
- 18:38
Sumqayıt. 24 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində mənzildə meyiti tapılan 19 yaşlı gəncin intihar etdiyi məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində yeləşən mənzillərin birində meyti tapılan 1999-cu il təvəllüdlü Ülvizadə Sənan Qədimoğlan oğlu özünü asaraq öldürüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
***21:18
Sumqayıt. 24 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində mənzildən meyiti tapılan şəxsin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, meyit şəhər sakini, 1999-cu il təvəllüdlü Sənan Qədimoğlan oğlu Ülvizadəyə məxsusdur.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.
***20:51
Sumqayıt. 24 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində mənzildə 19 yaşlı gəncin meyiti tapılıb.
"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və meyiti çıxarıblar.