Sumqayıt Perinatal Mərkəzində 38 yaşlı qadın əməliyyat zamanı ölüb

Hadisə
  • 04 iyul, 2023
  • 11:11
Sumqayıt Perinatal Mərkəzində 38 yaşlı qadın əməliyyat zamanı ölüb

Sumqayıt Perinatal Mərkəzində 38 yaşlı qadın əməliyyat zamanı ölüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

"İyulun 4-də 1985-ci il təvəllüdlü Fəttayeva Günel Əhəd qızının Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.