Kuleba: Rusiya Silahlı Qüvvələri Toqo bayrağı altında üzən ticarət gəmisinə zərbə endirib
- 13 iyul, 2026
- 14:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya Silahlı Qüvvələri Toqo bayrağı altında üzən ticarət gəmisinə zərbə endirib, nəticədə heyətin 3 üzvü ölüb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin bərpa məsələləri üzrə müavini Aleksey Kuleba öz teleqram kanalında yazıb.
Onun sözlərinə görə, zərbə mineral gübrələrin boşaldılması zamanı endirilib:
"Gəminin üst hissəsinə düşən zərbə nəticəsində yanğın baş verib. Təəssüf ki, heyətin 3 üzvü həlak olub, beş dənizçi isə yaralanıb. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib".
Kuleba vurğulayıb ki, bu cür hücumlar beynəlxalq gəmiçiliyin təhlükəsizliyinə, qlobal ticarətin sabitliyinə və dünyanın ərzaq təhlükəsizliyinə təhdid yaradır.
Baş nazirin müavini zərbənin haradan endirildiyi barədə təfərrüatları açıqlamayıb.