Soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub
Hadisə
- 08 fevral, 2016
- 11:36
Bakı. 8 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Kamil Novruzovun cinayət işi üzrə məhkəmə başa çatıb.
"Report"un məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə K.Novruzov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Kamil Novruzov 2015-ci il avqust ayının 12-də Elvin Hacalıyevin 70 manat pulunu, mobil telefonunu və sənədlərini soyğunçuluq yolu ilə əldə edib. Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini K.Novruzov tutulub.
O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.
Son xəbərlər
21:18
Foto
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-2
Futbol21:11
Möhsün Rezai Qətərin Baş naziri ilə görüşdə ABŞ-ni hədələyib
Region21:08
UEFA Çempionlar Liqası: "Sabah"ın əsas mərhələdəki bütün rəqibləri bəlli olub - YENİLƏNİB
Futbol21:05
Foto
Yalçın Rəfiyev İƏT-in xarici işlər nazirləri şurasının fövqəladə iclasında iştirak edib
Xarici siyasət20:43
Azərbaycan millisinin üzvü Musab Məmmədtağıyev Avropa çempionatının ən yaxşı kişi idmançısı seçilib
Fərdi20:39
Ərdoğan Ruanda ilə KDR arasında gərginliyin azaldılması səylərini dəstəkləyir
Region20:33
Oyan Nəzəriani: "Qadınlardan ibarət Azərbaycan millisi tarixində ilk dəfə dünya çempionatında birinci oldu"
Fərdi20:17
Yeni təmayül tədris modelli məktəblərin məzunlarının ali təhsil müəssisələrinə qəbul nəticələri elan edilib
Elm və təhsil20:10