​SOCAR-ın əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Hadisə
  • 20 sentyabr, 2015
  • 10:08
​SOCAR-ın əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün neft-qaz sənayesi işçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin imzalanmasının 21-ci ildönümü ilə əlaqədər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib.

"Report" xəbər verir ki, SOCAR əməkdaşları ümummilli lider, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri qoyublar.

Həmçinin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.