Şəmkirdə ağaca çırpılan maşındakı sərnişinlərdən biri ölüb – Yenilənib
- 08 noyabr, 2026
- 09:20
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, ölən şəxs ağaca çırpılan avtomobildə sərnişin olub.
Belə ki, Şəmkir rayonunun Keçili kənd sakinləri, 2006-cı il təvəllüdlü (20 yaş) Əmrahov Vüsal Vüqar oğlunun idarə etdiyi "VAZ"-2106 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında olan ağaca çırpılıb, sərnişin, 2008-ci il təvəllüdlü (18 yaş) Orucov Teymur Əli oğlu ölüb, sürücü və digər sərnişin, 2002-ci il təvəllüdlü (24 yaş) Rüstəmov Cahid Asəf oğlu xəsarət alıblar.
Şəmkir rayonunun Qədimqala-Miskinli-Keçili-Xuluf avtomobil yolunun Keçili kəndindən keçən hissəsində, Qədimqala kəndi istiqamətində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb.
Daha sonra avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.