Koalisiya qüvvələri husilərin ballistik raketini vurub

Digər ölkələr
  • 08 noyabr, 2026
  • 08:31
Koalisiya qüvvələri husilərin ballistik raketini vurub

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının qüvvələri Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) ballistik raketini ələ keçirərək məhv edib.

"Report" xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hava hücumundan müdafiə qüvvələri ballistik raketi ələ keçirərək məhv edib", – o bildirib.

Husilər hadisə ilə bağlı hələlik açıqlama verməyiblər.

44 filmi