Şəmkirdə toydan evinə gedən sürücü qəzaya düşüb
Hadisə
- 04 yanvar, 2017
- 16:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəmkir. 4 yanvar. REPORT.AZ / Şəmkir rayonunda toydan çıxıb evinə gedən sürücü qəzaya uğrayıb.
"Report"un qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şəmkir şəhərində baş verib.
Rayon sakini, 1978-ci il təvəllüdlü Sarıyev Ülvi Quba oğlu tanışının toy şənliyində iştirak etdikdən sonra özünün "Niva" markalı avtomobili ilə evinə qayıdarkən qarşı tərəfdən gələn "Mercedes-Benz " markalı avtomaşınla toqquşub. Nəticədə Ü.Sarıyev müxtəlif bədən xəsarətləri alıb.
O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərilən yaralı travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
15:47
Foto
ƏƏSMN-in kollektivi şəhidlərin əziz xatirəsini ehtiramla anıb
Daxili siyasət
15:43
Foto
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollektivi Zəfər parkını ziyarət edib
Daxili siyasət
15:42
Foto
Vətən övladlarının xatirəsi Gənclər və İdman Nazirliyinin kollektivi tərəfindən yad olunub
Daxili siyasət
15:38
Foto
FHN-in kollektivi Zəfər abidəsinin önünə gül dəstələri düzüb
Daxili siyasət
15:34
Foto
Video
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib
Hərbi
15:27
Şahrudin Məhəmmədəliyev "Qarabağ"da 100-cü Premyer Liqa oyununa çıxıb
Futbol
15:24
Seneqal sahillərində qayıq qəzasında ən azı 21 miqrant həlak olub
Digər ölkələr
15:19
İraqda "Kətaib Hizbullah" liderinin oğlunun həbsinə order verilib
Digər ölkələr
15:15
Foto
Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı və Şirvanda Zəfər Günü qeyd olunub
Daxili siyasət