Şəkidə yol qəzasında yaralanmış hərbçilər hərbi tibb müəssisələrinə göndərilib

Hadisə
  • 10 dekabr, 2017
  • 16:43
Şəkidə yol qəzasında yaralanmış hərbçilər hərbi tibb müəssisələrinə göndərilib
Courtesy İmage

Mingəçevir. 10 dekabr. REPORT.AZ/ Şəki rayonu ərazisində ağır yol qəzasına düşmüş dörd yaralı hərbçi digər şəhərlərdə yerləşən hərbi tibb müəssisələrinə yola salınıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, durumu nisbətən sabitləşən yaralılar - Murad Bağırov, Elvin Qasımlı və Rəşad Aslanlı Gəncə şəhərindəki hospitala göndərilib.

Başından ağır xəsarət alan və hazırda kritik durumda olan Məhəmməd Heydərov isə Bakıda yerləşən Hərbi Hospitala göndərilib.