Samuxda fərdi yaşayış evində partlayış olub, xəsarət alanlar var
Hadisə
- 21 oktyabr, 2016
- 05:19
Samux. 21 oktyabr. REPORT.AZ/ Samux rayonunda fərdi yaşayış evində partlayış baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, partlayış zamanı iki nəfər ağır yaralanıb.
Hələlik hansı səbəbdən baş verdiyi məlum olmayan partlayış Samux rayon sakini, 1961-ci il təvəllüdlü Naçar İsmayılova məxsus evdə qeydə alınıb.
Nəticədə N.İsmayılov və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Zemfira İsmayılova ağır bədən xəsarətləri alıblar. Yaralılar qonşuların köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.
Həkimlər tərəfindən dərhal tibbi yardım göstərilən hər iki yaralının vəziyyəti ağır olduğundan Bakı şəhərindəki tibb müəssisələrindən birinə göndərilməsi gözlənilir.
Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
09:27
Pyer-Emerik Obameyanq Zlatan İbrahimoviçin göstəricisini təkrarlayıb
Futbol09:18
Bakıda TDT Müsəlman dini liderlərinin 7-ci Görüşü keçirilir
Din09:12
İndoneziyada gəmi qəzasında itkin düşən 130 nəfərin axtarışıları davam edir
Digər ölkələr09:07
Azərbaycan "Septembre Musical Montreux–Vevey" festivalında iştirak edir
Mədəniyyət siyasəti09:00
Premyer Liqa: V tura "Şəfa" - "Sabah" oyunu ilə yekun vurulur
Futbol09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (14.09.2026)
Maliyyə08:48
"Bakı Metropoliteni" QSC: Qırmızı xətt üzrə interval bərpa olunub - YENİLƏNİB-2
İnfrastruktur08:32
Tokayev Cənubi Koreyada dövlət səfərindədir
Digər ölkələr08:16