Şamaxıda maşın iki piyadanı vurub, hadisə yerindən qaçarkən ağaca çırpılıb

Hadisə
  • 12 noyabr, 2017
  • 17:32
Şamaxıda maşın iki piyadanı vurub, hadisə yerindən qaçarkən ağaca çırpılıb
"Report"

Şamaxı. 12 noyabr. REPORT.AZ/ Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində iki piyadanı maşın vurub.

"Report"un Şirvan bürosu xəbər verir ki, xəstəxanaya yerləşdirilən yaralılardan biri 1970-ci il təvəllüdlü Şamaxı rayon, Şəhriyar qəsəbə sakini İsmayılov Tofiq Qəşəm oğludur. Digər xəsarət alanın şəxsiyyəti hələ ki, məlum deyil.

Hadisəni törədən sürücü "VAZ-2107" markalı avtomobil ilə hadisə yerindən uzaqlaşarkən Mədrəsə qəsəbəsi istiqamətdə yol kənarındakı ağaca çırpılıb.

Nəticədə maşın deformasiyaya uğrayıb. Sürücü isə avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb.

Faktla bağlı araşdırma aparılır.